Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
Son rəsmi hesabatda koronavirus infeksiyasına yoluxanların sayı 336479 nəfər, xəstəlik qurbanlarının sayı 4978 nəfər göstərilib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm olub.
2021-ci ilin göstəriciləri belədir:
yanvar – 11519 yoluxma, 491 ölüm;
fevral – 4318 yoluxma, 88 ölüm;
mart – 27176 yoluxma, 347 ölüm;
aprel – 57396 yoluxma, 950 ölüm;
may – 14847 yoluxma, 396 ölüm;
iyun – 2091 yoluxma, 61 ölüm
iyul – 432 yoluxma, 4 ölüm.
2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxış, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır), ictimai yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə, tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti, masaj və hamam xidmətlərinin göstərilməsi, şənbə və bazar günlərində ictimai nəqliyyatın fəaliyyəti yasaqlanıb.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq olunur: ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 9:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətləri.