İyulun 5-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 993,5 min nəfərdən çox adamın ölümünə gətirib. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir:
Rusiya – 137925 ölüm
İran – 84792
Ukrayna – 52470
Türkiyə -49924
Moldova – 6196
Gürcüstan – 5347
Ermənistan – 4526
Qazaxıstan – 4469
Litva – 4390
Belarus – 3185
Latviya – 2528
Qırğızıstan – 2046
Estoniya – 1269
Özbəkistan – 751
Tacikistan – 93.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Son rəsmi hesabatda yoluxanların ümumi sayı 336417 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 4978 nəfər göstərilib.