• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cərimələrə əfv

  • 29 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Şərh

İqtisadçı alim Qubad İbadoğlu 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunun bir məqamına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci ildə büdcədənkənar gəlirlərin məbləği 596,1 milyon manat məbləğində olub, bu da 2019-cu illə müqayisədə 17,2 milyon manat çoxdur: “Həmin mənbədən ötən ilin büdcəsinə daxilolmaların 366,6 milyon manatı vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabınadır. Büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin tətbiqinin, vergilərin və dövlət rüsumlarının artımının payı 1,5 faiz ətrafındadır.

Əslində ötən il karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr daha çox olub. Cərimələrin əhəmiyyətli bir hissəsi dövlət büdcəsinə deyil, inzibati protokolu tərtib edən qurumların hesabına köçürülüb.

Bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizinə bərabər olub, deməli, hələ icra edilməmiş inzibati cərimələr də var. Təklif edirəm həmin cərimələr silinsin. Gürcüstan hökuməti pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan istifadə qaydalarını pozan 245 min şəxsin və 344 biznes subyektinin cərimələrini ləğv edir”.

2020-ci il martın 31-dən Azərbaycanda koronavirus pandemiyası üzündən xüsusi karantin rejimi hökm sürür.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimələnir.

Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə həmin tələblərin pozulmasının qarşısını almamağa görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 300 manat məbləğində, hüquqi şəxslərə 600 manat məbləğində cərimə tətbiq edilir.

Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.

Qlobal cəhalət

  • 29 İyun 2021
  • comments

Reytinq incəlikləri

  • 29 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda