Son rəsmi hesabata görə, Azərbaycanda 335493 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4962-si vəfat edib.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm olub.
2021-ci ilin göstəriciləri belədir:
yanvar – 11519 yoluxma, 491 ölüm;
fevral – 4318 yoluxma, 88 ölüm;
mart – 27176 yoluxma, 347 ölüm;
aprel – 57396 yoluxma, 950 ölüm;
may – 14847 yoluxma, 396 ölüm
iyun – 1537 yoluxma, 49 ölüm.