• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ səfərində

  • 14 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iyunun 14-də Qarabağ səfərinə çıxaraq Füzuli rayonuna baş çəkiblər. AZƏRTAC xəbər verir ki, onlar Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə maraqlanıblar.

İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar, həmçinin yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci vitse-prezidentin Şuşaya səfəri də gözlənir. Şuşanı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın ziyarət edib İlham Əliyevlə rəsmi danışıqlar aparacağı bəyan olunub.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin və Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri şəhəri düşməndən təmizləyib.

Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında Füzuli, Cəbrayıl və Ağdamı, dekabr ayında Zəngilan və Qubadlını, 2021-ci ilin yanvarında Füzuli və Şuşanı, fevralında Füzuli, Zəngilan, Laçın və Cəbrayılı, martında Füzuli, Xocavənd və Şuşanı, aprelində Cəbrayıl və Zəngilanı, mayında Şuşanı və Ağdamı ziyarət edib.

Şəhid və itkin hərbçilərin siyahısı yenilənib

  • 14 İyun 2021
  • comments

İsrailin yeni baş naziri Naftali Bennet kimdir?

  • 14 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda