• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İrilərin böyük talanı

  • 11 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

“İri dövlət şirkətləri xırdaların və neft pullarının hesabına doldurulan dövlətin büdcəsini, xalqın malını, xaricin kreditini dağıdır”. Novator.az-ın məlumatına görə, Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair rəyinə istinad edən iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə yazır.

Rəydə 6 iri dövlət vergi ödəyicisi üzrə büdcədən icra olunan vəsaitlə onların dövlət büdcəsinə ödənişləri (vergi daxilolmaları) müqayisə olunur. Qubad İbadoğlu qeyd edir ki, yalnız “Xəzər Dəniz Gəmiçiliyi” aldığından çox ödəniş edib.

İri şirkətlərin xidmətə görə əhalidən yığımlar etdiyini, dövlətin xarici borclarının 20 faizindən çoxunun “Azərbaycan Dəmir Yolları” və “Azərsu”nun payına düşdüyünü vurğulayan Qubad İbadoğlu yazır ki, şirkətlərdə yaradılan müşahidə şuraları formal xarakter daşıyır: “Belə yanaşma ilə onları ağır maliyyə vəziyyətindən çıxarmaq mümkün deyil. Hətta müntəzəm qaldırılan tariflər də hazırkı korrupsiya mühitində effektli deyil, əksinə, qiymət artımları alıcılıq qabliyyətini aşağı salır və əhalinin yaşam şərtlərini pisləşdirir”.

Hesablama Palatasının rəyinə görə, 2020-ci ildə dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları”na 695,3 milyon manat ayrılıb, qurum büdcəyə 10,4 milyon manat ödəniş edib.

“Azərsu” büdcədən 401,7 milyon götürüb, büdcəyə 10,6 milyon manat ödəyib.

“Azərbaycan Hava Yolları” büdcədən 225,9 milyon manat alıb, onun ödənişi 23,9 milyon manat məbləğində rəsmiləşib.

“Azərenerji”nin büdcədən aldığı vəsait 147 milyon manat, büdcəyə ödənişi 33,5 milyon manat olub.

“Azəriqaz” üzrə büdcədən alış 51,5 milyon manat, büdcəyə ödənişi 2,1 milyon manat göstərilir.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC büdcədən 10 milyon manat alıb, büdcəyə 13,3 milyon manat ödəyib.

Baydenlə Ərdoğan qarşıdurmaya necə son qoya bilər?...

  • 11 İyun 2021
  • comments

74 dollara doğru

  • 11 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda