• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uçuş qaydalarında dəyişikliklər

  • 10 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Nazirlər Kabineti koronavirus pandemiyası dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımağın təşkili qaydalarını yeniləyib. Novator.az bildirir ki, sənədin ümumi göstərişlər hissəsində dəyişikliyə görə, Azərbaycandan yola düşən sərnişinlərin koronavirusa dair PCR testindən keçirilməsi tələbini təyinat məntəqəsində müəyyən edilmiş qaydalar əsasında aviadaşıyıcı tənzimləyir.

Belə müayinə xərclərini sərnişinlərin özləri ödəyir. Ölkədə uçuşlar zamanı sərnişinlərdən PCR testi barədə arayış tələb olunmur, Bakının beynəlxalq aeroportuna gələn sərnişinlərdən PCR testi keçirilməsi məqsədilə yaxmalar götürülür.

Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar sərnişinləri reysə şərtlərlə qəbul edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şərtlər belədir: yaşı 18-dən yuxarı sərnişinlərdən koronavirus pasportu (tam peyvənd olunmasını və ya koronavirusdan sağalaraq immunitetə malik olmasını təsdiqləyən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd istənir; 1-18 yaş arasında sərnişinlərdən uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd tələb olunur.

Azərbaycan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd təqdim etməlidir.

Sərhəd nəzarətindən keçərkən sənədləri bu tələblərə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.

Başqa bir əsas yeniliyə əsasən, aviareyslərdə əl yükünün daşınmasına qadağa aradan götürülür.

Yeni növ koronavirus infeksiyası 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyüb. Beynəlxalq statistikaya görə, infeksiya 208 ölkə, ərazi və məkanda 3 milyon 777,2 mindən çox adamın ölümünə gətirib.

Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb, 2021-ci il iyunun 10-dək ümumilikdə 334917 nəfər yoluxub, onların 4948-i vəfat edib.

Karantində yeniliklər

  • 10 İyun 2021
  • comments

Azərbaycanın müharibədən sonrakı uğurları – ...

  • 10 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda