• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantində yeniliklər

  • 10 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimində yeni yumşalmalar qüvvəyə minib. İyunun 10-da dini ibadət yerlərinin, iri ticarət mərkəzlərinin (nəzdindəki əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla), idman və sağlamlıq-bərpa obyektlərinin, çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti bərpa edilib.

Yaşı 18-dən yuxarı olan şəxslər idman və sağlamlıq-bərpa obyektlərinə peyvənd sertifikatı və ya immunitet sertifikatı ilə girə bilər (Peyvənd sertifikatı vaksinin hər iki dozasını alan şəxslərə, immunitet sertifikatı xəstələnib sağalmış şəxslərə verilir).

Başqa bir yumşalma Avropa futbol çempionatının Bakıdakı oyunlarında məhdud sayda tamaşaçının iştirakına icazədir. Bakı Olimpiya Stadionuna A qrupunun Uels – İsveçrə (12 iyun), Türkiyə – Uels (16 iyun), İsveçrə – Türkiyə (20 iyun) oyunları və 1/4 finalın bir oyunu (3 iyul) salınıb.

Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.

Son rəsmi hesabata görə, Azərbaycanda ümumilikdə 334917 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4948-i vəfat edib.

Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən hökm sürür. Ölkə ərazisinə giriş-çıxış, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, o cümlədən toy şənlikləri, istirahət və əyləncə məkanlarının fəaliyyəti, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların fəaliyyəti, masaj və hamam xidmətlərinin göstərilməsi, şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti yasaqlanıb.

2021-ci il yanvarın 18-dən ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son rəsmi bilgiyə əsasən, 945 min nəfərdən çox şəxs peyvəndlənmə prosesini bitirib.

Aksiya işi: 12 nəfərə cəza təklifi verildi

  • 09 İyun 2021
  • comments

Uçuş qaydalarında dəyişikliklər

  • 10 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda