Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
Son rəsmi hesabata görə, ölkədə 334747 nəfər koronavirusa yoluxub, onların 4945-i vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm rəsmiləşib.
2021-ci ilin göstəriciləri belədir:
yanvar – 11519 yoluxma, 491 ölüm;
fevral – 4318 yoluxma, 88 ölüm;
mart – 27176 yoluxma, 347 ölüm;
aprel – 57396 yoluxma, 950 ölüm;
may – 14847 yoluxma, 396 ölüm
iyun – 791 yoluxma, 32 ölüm.
Koronavirus infeksiyasını cilovlamaq üçün 2020-ci il martın 31-dən xüsusi karantin rejimi tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxış, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, o cümlədən toy şənlikləri, istirahət və əyləncə məkanlarının fəaliyyəti, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların fəaliyyəti, masaj və hamam xidmətlərinin göstərilməsi, şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti yasaqlanıb.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son rəsmi məlumata görə, 935 min nəfərdən çox şəxs peyvəndlənmə prosesini bitirib.