• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus diaqnozu qoyulmayan da özünü yoluxmuş hesab edir

  • 08 İyun 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Rusiyada hər dörd nəfərdən biri koronavirus diaqnozu qoyulmadığı halda özünü bu infeksiyaya yoluxmuş hesab edir. Novator.az-ın məlumatına görə, bunu Rusiyanın “Levada” sorğu mərkəzinin keçirdiyi sosioloji sorğu göstərib.

Sorğu mayın 20-dən 26-dək Rusiyanın 50 bölgəsində 1620 nəfər arasında aparılıb.

Sorğuda iştirak edənlərin cəmi 7%-i COVİD-19 infeksiyasına yoluxandan sonra virus daşıyıcısı kimi rəsmi qeydiyyata alındığını söyləyib.

Respondentlərin 17%-i COVİD-19 infeksiyasına yoluxsa da, koronavirus xəstəsi kimi qeydiyatdan keçmədiyini etiraf edib.

Bu nəticələr ölkədə COVİD-19 infeksiyası ilə bağlı rəsmi statistikanın real vəziyyəti əks etdirmədiyi barədə şübhələri təsdiqləyir.

Sorğuda iştirak edənlərin 62%-i yerli istehsal olan “Sputnik V” vaksini ilə peyvənd olunmaqdan imtina etdiyini açıqlayıb.

Respondentlərin 11%-i ümumiyyətlə koronavirus əleyhinə peyvənd olunmaqdan ehtiyatlandığını, heç bir vaksinə etibar etmədiyini vurğulayıb.

“Levada”nın sorğusu rusiyalıların 55%-nin koronavirusa yoluxmaqdan qorxmadığını üzə çıxarıb. İnfeksiyaya yoluxmaqdan qorxanlar 42% təşkil edir.

Mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkətinin keçirdiyi, nəticələri bugünlərdə açıqlanan sorğu da rusların koronavirusdan qorxmayan xalqlardan biri olduğunu göstərib.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 752 mindən çox adamın ölümünə səbəb olub.

Rəsmi statistikaya görə, indiyədək Rusiyada 5 milyon 145 mindən çox adam koronavirusa yoluxub, onların 124 mindən çoxu vəfat edib.

Rusiya hökuməti bu ilin payızınadək əhalinin 70%-nin peyvəndlənməsini nəzərdə tutur. Ancaq prosesin ləng getməsi vaksinasiya prosesinin 2022-ci ilin sonuna, 2023-cü ilin əvvəlinə qədər uzanacağından xəbər verir.

Mənbə: Themoscowtimes.com

Ermənistanda seçki qartalsız qaldı

  • 08 İyun 2021
  • comments

2020 büdcəsinin icrası: qanun son oxunuşdan keçdi

  • 08 İyun 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda