• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş Prokurorluqdan mina açıqlaması

  • 07 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Baş Prokurorluq Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş vermiş mina partlayışı barədə yeni məlumat yayıb. İyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarını daşıyan sərnişin avtomobilinin minaya düşməsi nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İyunun 7-də məlumat yayan Baş Prokurorluq qeyd edir ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti var və ora düşmən təxribat qruplarının sızıb mina basdırması istisnadır. Açıqlamaya görə, 60-97 santimetr dərinlikdə basdırılmış tank əleyhinə minanın heç bir qalığı aşkarlanmayıb, bu, minanın plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olduğunu göstərir.

Baş Prokurorluq bildirir ki, erməni silahlı birləşmələri hadisənin baş verdiyi yoldan işğal zamanı döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal edərək ərazidə özünü “müstəqil dövlət” sayan rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük qismi azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-dən 2020-ci il noyabrın 25-dək işğalda olub.

Ermənistan kimi seçir?

  • 07 İyun 2021
  • comments

Ukrayna yığmasının yeni geyimi, Rusiyanın narazılı...

  • 07 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda