• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Onlayn ünsiyyət yaşlılara yaxşı təsir edir

  • 04 İyun 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Onlayn ünsiyyətdən tez-tez istifadə edən yaşlı insanlar daha sağlam olurlar. Novator.az xəbər verir ki, bunu Qərbi London Universitetinin nəzdindəki Geller Yaşlanma və Yaddaş İnstitutunun Mançester Universiteti ilə birgə apardığı araşdırma üzə çıxarıb.

Araşdırma göstərib ki, yeni texnologiyalar vasitəsilə tez-tez ünsiyyət saxlayan yaşlı insanların epizodik yaddaşında zəifləmə müşahidə olunmur, onlar əhəmiyyətli hadisələri daha yaxşı yadda saxlaya bilirlər.

“Eşitmə qabiliyyəti olan və olmayan yaşlıların sosial əlaqələri və 15 illik epizodik yaddaş trayektoriyaları” adlı araşdırmaya 50-90 yaş arasında 11 min 418 nəfər kişi və qadın cəlb edilib. Araşdırma zamanı onlar tədqiqatçılara özlərinin eşitmə vəziyyəti, sosial ünsiyyət tərzi və ünsiyyət texnologiyalarından istifadə tezlikləri haqda məlumatlar təqdim ediblər.

Sonra xüsusi tədqiqat modellərinin köməyilə sosial şəbəkələrdə tez-tez və gec-gec ünsiyyət quran iştirakçıların epizodik yaddaşlarının vəziyyəti ilə bağlı təhlillər, müqayisələr aparılıb. Araşdırmaya 15 il vaxt sərf olunub.

Nəticələr göstərib ki, sosial şəbəkələrdə tez-tez oflayn, kombinasiyalı oflayn və onlayn olub sosial ünsiyyət quran, çoxlu sağlamlıq problemi olan yaşlı insanlarda epizodik yaddaş getdikcə yaxşılaşır.

Tədqiqatçılar eşitmə problemi olmayan iştirakçıların epizodik yaddaşı ilə kombinasiyalı oflayn və onlayn arasında uzunmüddətli qarşılıqlı pozitiv əlaqələr müşahidə ediblər. Belə əlaqələr sosial şəbəkələrdə oflayn olanlarda müşahidə edilməyib. Yəni oflaynla eşitmə problemi olmayan yaşlı insanların epizodik yaddaşı arasında uzunmüddətli qarşılıqlı pozitiv əlaqə tapılmayıb.

Eşitmə duyğusunu itirənlərə gəlincə, onların epizodik yaddaşı ilə həm kombinasiyalı oflayn, onlayn, həm də oflayn arasında qarşılıqlı əlaqə olduğu üzə çıxıb. Həssaslıq analizi nəticələrin etibarlılığını təsdiqləyib.

Araşdırmada həmçinin belə qənaətə gəlinib ki, onlayn ünsiyyət vasitələrinin ənənəvi sosial əlaqələrə əlavə edilməsi yaşlılar üçün faydalı ola bilər. Bu, xüsusilə eşitmə qabiliyyətini itirmiş, şəxsi münasibətlər quraraq biliyini artıran yaşlılara aiddir.

Mənbə: Republicworld.com

Bakı və Sumqayıtın tibb ocaqları üzrə yeni qərar

  • 04 İyun 2021
  • comments

Azərbaycanın ölüm statistikası

  • 04 İyun 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Gender
  • Media
  • Səhiyyə
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda