• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pandemiya sessiyasında çıxış

  • 31 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dünya Səhiyyə Təşkilatının Səhiyyə Assambleyası “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzulu sessiyasını bitirib. Mayın 24-dən keçirilən virtual sessiyanın son günü – mayın 31-də prezident İlham Əliyevin video formatında çıxışı təqdim edilib.

İlham Əliyev deyib ki, pandemiyanın ilk günlərindən Azərbaycanda koronavirusun əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanması üçün tədbirlər həyata keçirilib: “Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Xəstələrin müalicəsi üçün çarpayıların sayı 10 mindən artıqdır.

Ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib.

Bu ilin yanvar ayının ortalarından peyvənd kampaniyasına başlamışıq və artıq 2 milyon doza peyvənd istifadə olunub. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü peyvənd oluna bilərlər.

Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün güclü qlobal həmrəyliyin əhəmiyyətini təbliğ edib, Qoşulmama Hərəkatının sədri qismində qlobal təşəbbüslər verib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş zirvə toplantısını və 2020-ci ilin dekabr ayında keçirilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasını ayrıca qeyd etmək olar.

Azərbaycan Dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib. 30-dan artıq ölkəyə humanitar yaradım və maliyyə yardımı göstərilib.

Azərbaycan bəzi ölkələrin ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə etməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizini zəngin ölkələr alıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.

Bu xüsusda biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

Xəbəri AZƏRTAC yayıb.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 3,5 milyondan çox adamın ölümünə səbəb olub.

Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Mayın 31-nə olan rəsmi hesabata görə, ümumilikdə 333956 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4913-ü vəfat edib.

Ermənistanda seçkiyə hansı qurumlar gedir?

  • 31 May 2021
  • comments

Harada nə qədər əmanət qoyulub?

  • 01 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda