• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hamilə qadınların koronavirusa yoluxması: yeni tədqiqatın nəticələri

  • 31 May 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar

İsraildə koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatın nəticələri açıqlanıb. Tədqiqata hamiləliyin birinci və ya ikinci trimesterində koronavirusa yoluxmuş 55 qadın cəlb edilib. Bu qadınlarda digər faktorlarla yanaşı dölün sağlamlığı, inkişafı və plasentanın funksiyası qiymətləndirilib. Novator.az saytı tədqiqatla bağlı “Yerusəlim Post” qəzetində dərc edilmiş məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi “Yerusəlim Post”un şöbə müdiri Maayan Yaffe-Hoffmandır.

İsraildə aparılan yeni tədqiqat göstərir ki, hamiləliyin birinci və ikinci trimesterində COVİD-19 virusuna yoluxmuş qadınların dünyaya gətirdiyi körpələr digər körpələr kimi sağlamdır. Lakin hamiləliyin üçüncü trimesterində qadınlar koronavirusu daha ağır keçirə bilərlər. Bu isə onların reanimasiya şöbəsinə yerləşdirilməsi və erkən doğuşla nəticələnə bilər.

Bu ayın əvvəlində “Journal of Clinical Medicine” (“Kiliniki Tibb Jurnalı”) elmi jurnalında “Hamiləliyin birinci və ikinci trimesterində COVİD-19 infeksiyasına yoluxmuş qadınlarda dölün sağlamlığı və perinatal vəziyyət: qrup tədqiqatının nəticələri” adlı məqalə dərc olunub.

Jurnalın aparıcı tədqiqatçısı, Şeba Tibb Mərkəzinin mamalıq və ginekologiya şöbəsinin fetal tibbi bölməsinin professoru Yoav Yinonun sözlərinə görə, hamilələrdə heç bir ağırlaşma, dölün inkişafında və ya plasentanın funksiyasında heç bir problem qeydə alınmayıb. Professor bu nəticələrin çox ümidverici olduğunu bildirib.

Tədqiqata digər faktorlarla yanaşı dölün sağlamlığını, inkişafını və plasentanın funksiyasını qiymətləndirmək məqsədilə hamiləliyin birinci və ya ikinci trimesterində koronavirusa yoluxmuş 55 qadın cəlb olunub. Amniosentez aparılıb və götürülən mayedə virusun olub-olmadığı araşdırılıb. Bundan əlavə, bəzi qadınlarda hamiləliyin 30 və 32-ci həftələrində döl beyninin maqnit-rezonans tomoqrafiyası aparılıb.

“Hamiləliyin birinci və ikinci trimesterində COVİD-19 infeksiyasına yoluxmuş qadınlarda dölün sağlamlığı və perinatal vəziyyət: qrup tədqiqatının nəticələri” məqaləsində qeyd olunur ki, döllərin heç birində mərkəzi sinir sistemi xəstəliyinin əlamətləri, inkişaf məhdudiyyəti və plasentanın funksiya pozulması müşahidə olunmayıb.

Eyni zamanda virusun şaquli (irsən) ötürülməsi də qeydə alınmayıb. Yəni virus plasenta vasitəsilə anadan körpəyə keçməyib.

Bu ilin əvvəlində İsraildə ölü doğulan iki dölə anadan koronavirusun keçdiyi aşkarlanıb. Professor Yinon bu cür halların nadir olduğunu deyib. O, bildirib ki, belə halların başvermə ehtimalı 1% və ya daha azdır.

Professor Yoav Yinon “Yerusəlim Post”a açıqlamasında deyib ki, tədqiqatın nəticələri ürəkaçan olsa da, hamilə qadınlar koronavirus əleyhinə peyvənd olunmalıdırlar. Çünki hamiləliyin üçüncü trimesterində qadınların koronavirusu ağır keçimək riski yüksəkdir. Xəstəliyin ağır keçməsi hamilələrin reanimasiya şöbəsinə yerləşdirilməsi və erkən doğuşla nəticələnə bilər.

Maayan Yaffe-Hoffman

Mənbə: Jpost.com

Bizim işimiz

  • 31 May 2021
  • comments

Müdafiə nazirindən qətiyyət tapşırığı

  • 31 May 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Elm
  • Gender
  • Səhiyyə
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda