• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağdama xüsusi nümayəndə təyin edildi

  • 24 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Emin Zamin oğlu Hüseynov Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı mayın 24-də imzalayıb.

Emin Hüseynov 1974-cü ildə doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, ABŞ-da (Florida Ştatı Universitetində və Harvard Kennedi Məktəbində) magistr dərəcələri alıb. İqtisad üzrə fəlsəfə doktorudur.

Maliyyə nazirinin müavini olub. 2018-ci ildən birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi postunu tutub.

İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısının 19 yanvar fərmanı ilə yaradılıb.

Sənədə görə, xüsusi nümayəndəliklərə rəhbərliyi prezidentin vəzifəyə təyin etdiyi və birbaşa ona tabe olan xüsusi nümayəndələr həyata keçirir. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun təmsilçisi, dövlət başçısının verdiyi səlahiyyətlərin icraçısıdır.

İlk nümayəndə yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Zöhrab oğlu Kərimov.

Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə fevralın 4-də təsdiqlənib. Sənədə görə, prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir.

Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir.

Nümayəndəliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), onun ətrafındakı bir çox bölgəni işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

“Lider” qapadılır. Başqa qərarlar da var

  • 24 May 2021
  • comments

Məhkəmələrə təyinatlar

  • 24 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda