• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Dualarımız İbrahim bəylədir!”

  • 21 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli onkoloji xəstəlikdən müalicə olunan müxalif siyasətçi İbrahim İbrahimliyə baş çəkib.

İbrahim İbrahimli milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı olub. Azərbaycan Xalq Cəbhəsi (AXC) İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini postlarını tutub, Müsavat Partiyasının rəhbərliyində təmsil edilib. 2003-2005-ci illərdə həbsdə yatıb. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

Novator.az-ın məlumatına görə, mayın 20-də İbrahim İbrahimlini ziyarət etdiyini yazan Əli Kərimli onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olan insan kimi sevildiyini vurğulayır: “Xalq hərəkatının, demokratiya uğrunda mübarizənin öncüllərindən, istiqlalçı millət vəkillərindən biri kimi hər zaman mübarizənin ön cəbhəsində olub. İllərlə siyasi məhbus həyatı yaşayıb, dəfələrlə ağır işgəncələrə məruz qalıb, çox böyük məhrumiyyətlər yaşasa da, onun dəmir iradəsini əymək heç kimə müyəssər olmayıb.

İbrahim İbrahimli Azərbaycan uğrunda mübarizəmizin simvol şəxsiyyətlərindən biridir. İnanıram ki, Allahın şəfası, həkimlərin köməyi, sizlərin duası ilə, inşallah, tezliklə sağalacaq, bu çətinliyi də adladacaq. Dualarımız İbrahim bəylədir!”

2021-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 30 ili tamam olur. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Dövlət müstəqilliyinə aid daha bir gün var. 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. Onlardan biri İbrahim İbrahimlidir.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

“Avroviziya 2021”in finalçıları

  • 21 May 2021
  • comments

Avtoritarizmin təhlükəsi

  • 21 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda