• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin xanımı danışır

  • 18 May 2021
  • comments
  • hikmet
  • Posted in VideoXəbər

“Turan” agentliyinin “Çətin sual” verilişinin 18 may buraxılışı hüquq müdafiəçisi Oqtay Gülalıyevə həsr olunub. Verilişin aparıcısı Kamran Mahmudov hüquq müdafiəçisinin evi ilə canlı bağlantı quraraq onun xanımı Firuzə Gülalıyevanı danışdırıb.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Hüquq müdafiəçisi həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub, 2020-ci il noyabrın 8-də Bakıya gətirilib, evdə yatır.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Onu avtomobillə vuran Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.

Məhkəmə hökmü Kənan Abdullayevin üç il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini də nəzərdə tutub.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Komada olan hüquq müdafiəçisi gözünü açıb

Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb

“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü

Üçüncü əməliyyat

Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib

Oqtay yaxşılaşır

Oqtay Gülalıyev necədir?

Oqtay Gülalıyev dördüncü dəfə başından əməliyyat olunub

Mehman Əliyev baş prokurora müraciət edib

Prokuror yenilik vəd edir

Oqtay Gülalıyevin səhhəti pisləşib

Gülalıyev “Yeni klinika”da

Oqtay Gülalıyevin vurulması: məhkəmə sürücüyə iş kəsdi

Əli Kərimli Oqtay Gülalıyevə baş çəkib

 

Yaxın ətrafla alış-veriş

  • 18 May 2021
  • comments

Sığorta sahəsində idarəetmə yenilənir

  • 18 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda