• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyənin daxili işlər nazirinə Bayram Məmmədov sorğusu

  • 17 May 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyə Böyük Millət Məclisinin deputatı, Xalqların Demokratik Partiyasının üzvü Murad Çepni azərbaycanlı ictimai fəal Bayram Məmmədovun həlak olması məsələsini qaldırıb, ölkənin daxili işlər naziri Süleyman Soyluya suallar ünvanlayıb.

Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda tutulub. Onlar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

2021-ci ildə Türkiyənin İstanbul şəhərinə gedən Bayram Məmmədov mayın 2-si orada yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.

Polisin məlumatına görə, Bayram Məmmədov Kadiköy rayonundakı Moda parkında gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb. Hadisəni görənlər bildirib ki, üzə bilməyən sahil mühafizə xidmətinin əməkdaşı aidiyyəti qurumlara xəbər verib, ancaq onlar gələnədək Bayram Məmmədov boğulub.

Bayram Məmmədov mayın 9-u Bakıda dəfn olunub.

Meydan.tv xəbər verir ki, deputat Murad Çepni daxili işlər nazirinə müraciətində Bayram Məmmədovla birgə tutulub məhkum edilmiş Qiyas İbrahimovun 2021-ci ilin aprelində Türkiyədən deportasiya edildiyini xatırladıb: “Bundan bir müddət sonra isə İstanbulda Bayram Məmmədovun meyiti tapılıb. Dostları Milli Kəşfiyyat Təşkilatının onu izlədiyini və bir dəfə İstanbul hava limanında məmurun sorğu-sualına məruz qaldığını söyləyir”.

Murad Çepni Bayram Məmmədovun ölümü ilə əlaqədar ətraflı araşdırmalar aparılmasını istəyib. Onun daxili işlər nazirinə əsas sualları bunlardır:

– Bayram Məmmədovun şübhəli ölümü ətraflı araşdırılacaqmı? Hadisəni törədənlər müəyyən edilərsə, ictimaiyyət bu barədə məlumatlandırılacaqmı?

– Polis idarəsi Bayram Məmmədovun başmağının arxasınca dənizə atıldığını necə aşkar edib? Bunun təhlükəsizlik kameralarında görüntüləri varmı?

– Bu hadisədə səhlənkarlıq etdiyi iddia olunan polis və sahil mühafizə əməkdaşlarına qarşı istintaq açılıbmı?

– Milli Kəşfiyyat Təşkilatının Bayram Məmmədovu izlədiyi və İstanbulun hava limanında bir məmurun onu dindirdiyi iddiaları var. Bu iddialar araşdırılacaqmı?

– Azərbaycan hökuməti ilə Bayram Məmmədovun ölümü üzrə görüş olubmu? Hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edilibmi?

Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayılıb

Bayramın ölümündən nə yazırlar?

Yaxınları Bayram Məmmədovun meyitinə baxış keçirib

Bayramın türkiyəli hüquqi nümayəndəsi açıqlama verib

Müdafiə nazirindən tapşırıqlar

  • 17 May 2021
  • comments

Dörd ayın xarici ticarəti

  • 18 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda