• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Məsuliyyət yoxdur, səlahiyyət var”

  • 17 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Dövlət Neft Şirkəti (SOCAR) xərclərini ixtisar edir və bu kontekstdə Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ilə tərəfdaşlığa son verib.

Novator.az-ın məlumatına görə, SOCAR-ın UEFA-ya sponsorluqdan çəkilməsi barədə rəsmi açıqlamanı şərh edən iqtisadçı Natiq Cəfərli vəsaitə qənaət izahatı fonunda suallar qoyur: “Bu illər ərzində UEFA-ya milyonlarla dollar sponsor haqqı nədən ödənirdi? Şirkətlər daha yaxşı tanınmaq, daha çox məhsul satmaq, rəqiblərini üstələmək üçün sponsor olur, reklama pul xərcləyir. SOCAR niyə reklama pul xərcləsin ki? Onun satdığı məhsulun reklama nə ehtiyacı var?

Əgər bunu xaricdəki yanacaqdoldurma stansiyaları üçün edirdisə, yenə anlamı yoxdur, yerli bazarda reklama pul xərcləmək daha effektiv olur, Gürcüstanda, Ukraynada reklama vəsait qoyulurdu, o zaman UEFA-ya nə ehtiyac vardı?

Əgər indi bu qərarın səhv olduğu etiraf edilirsə, vaxtilə bu səhv qərarı alanlar, illərdir bu mənasız işə milyonlarla dollar xərcləyənlər cəza alacaqlarmı?

Ritorik sualdır, bu ölkədə məsuliyyət yoxdur, ancaq səlahiyyət var – məsuliyyətsiz pul dağıtmaq səlahiyyəti”.

SOCAR neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. Qurumun tərkibində istehsalat birlikləri, zavodlar, trestlər, hüquqi və qeyri-hüquqi şəxs statuslu təsisatlar fəaliyyət göstərir.

Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

Rövnəq Abdullayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti postunu da tutur.

Naxçıvanda sosial-iqtisadi durum

  • 17 May 2021
  • comments

Prezident sərhəd gərginliyindən danışdı

  • 17 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda