• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məktəbə dönüş

  • 17 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mayın 17-si Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun bəzi təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib. Təhsil Nazirliyinin qərarına görə, xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani dərs keçilə bilər.

Məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə müəyyən olunur.

Bakı, Sumqayıt, Abşerondakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə təşkil edilməlidir.

Gəncə və Şəkidə layihə tutumu və şagird sıxlığı azı 1,5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfədir. Layihə tutumu və şagird sıxlığı azı 1,5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə əyani tədrisə icazə verilir.

Novator.az bildirir ki, Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələlərlə əyani formaya dönüb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yenə distant formaya keçirilib.

2021-ci il fevralın 1-dən ümumi təhsil müəssisələrində ənənəvi tədris tədricən bərpa olunub.

2021-ci il aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya qayıtmışdı.

Qərarlar koronavirus pandemiyası fonunda verilib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, Azərbaycanda ümumilikdə 329843 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4779-u xəstəlikdən vəfat edib.

2020-ci il martın 31-dən xüsusi karantin rejimi hökm sürür. Dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar tətbiq edilib.

Dövlət Miqrasiya Xidmətinin aprel hesabatı

  • 16 May 2021
  • comments

İki sual

  • 17 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Elm
  • Gənclər
  • Hüquq
  • Səhiyyə
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda