• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünyada nə qədər adam aclıqdan əziyyət çəkir?

  • 16 May 2021
  • comments
  • Səidə Hüseynova
  • Posted in Dünyanın səsiManşetŞərh

2020-ci ildə dünyada təxirəsalınmaz yardımlara ehtiyac duyan 155 milyon adam ərzaq problemindən ciddi əziyyət çəkib. Novator.az-ın məlumatına görə, BMT-nin hesabatında belə deyilir.

Hesabatda son 5 ildə ərzaq böhranından əziyyət çəkənlərin sayının daha 20 milyon nəfər artaraq ən yüksək həddə çatdığşı vurğulanır.

Bildirilir ki, zəruri tədbirlər görülməsə, milyonlarla insan aclıqla üzləşə bilər.

Hesabatı şərh edən Dünya Ticarət Proqramının direktoru Devid Bizli deyib ki, 55 ölkədə 155 milyon insan yalnız yaşamaq üçün humanitar yardımlara ehtiyac duyur: “Sözsüz ki, bu olduqca yüksək göstəricidir və hələ aysberqin görünən tərəfidir”.

Hesabatda humanitar ərzaq yardımlarına ehtiyac duyan insanlar müxtəlif kateqoriyalara, məsələn, böhran vəziyyətində və ya faciəvi aclıq halında olanlara bölünürlər.

Ekspertlərin dəyərləndirməsinə görə, ərzaq yardımlarına ehtiyac duyan 155 milyon adamın əksəri böhran vəziyyətindədir. Onlar minimal qida tələbatını çətinliklə ödəyirlər.

133 minə yaxın insan isə faciəfi aclıq durumundadır. Bu kateqoriyadan olan insanlar həqiqətən acından ölmək təhlükəsi ilə üz-üzədirlər. Belə insanların əksəri Cənubi Sudanda, bir qismi (28 min nəfər) Yəmən və Burkino-Fasoda yaşayır.

Hesabata görə, ümumilikdə Afrika qitəsində insanların 63%-i ərzaq təhlükəsizliyi baxımından ciddi problemlər içindədir.

Hesabatda uşaqların üzləşdiyi problemlər ayrıca vurğulanır.

BMT Uşaq Fondunun (UNİCEF) rəhbəri Henrietta Forun sözlərinə görə, pandemiyadan əvvəl də dünyada hər üç uşaqdan biri qida çatışmazlığı səbəbindən fiziki cəhətdən normal inkişaf edə bilmirdi: “Pandemiya bu problemi daha da ciddiləşdirib. Son illər dünyada qida probleminin həlli istiqamətində bəzi uğurlar əldə edilsə də, böhranı aradan qadırmaq mümkün olmayıb”.

Dünyada qida çatışmazlığı ucbatından 149 milyon uşaq fiziki cəhətdən normal inkişaf edə bilmir, 45 milyona yaxın uşaq demək olar doyunca yemək yeyə bilmir, 340 milyona yaxın uşaq vitamin və mineral çatışmazlığından əziyyət çəkir.

Uşaqların vəziyyəti qida böhranının hökm sürdüyü 55 ölkədə daha ciddi və acınacaqlıdır. Bu ölkələrdə hər üç uşaqdan biri qida çatışmazlığına görə fiziki inkişafdan qalır.

Ümumilikdə dünyada fiziki inkişafdan qalan uşaqların yarısından çoxu, yəni 75 milyon nəfərə yaxını bu 55 ölkənin payına düşür.

Avropa İttifaqı ilə bir neçə humanitar təşkilatın birgə bəyanatında deyilir ki, dünyada bu tendesiya dəyişməsə, böhran dərinləşəcək.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bugünlərdə vəd edib ki, UNİCEF üçün nəzərdə tutulan 5 illik maliyyə yardımı 300 milyon dollara çatdırılacaq.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild özünun “Twitter” səhifəsində yaydığı açıqlamasında UNİCEF-dəki yardımın bütün dünyada anaların sağlamlığına, ailələrin və uşaqların rifahına sərf olunacağını bildirib.

Koronavirus pandemiyası 2020-ci ildə dünya gündəmini, xəbər başlıqlarını zəbt etsə də, BMT-nin hesabatında qeyd olunur ki, aclığın əsas səbəbi heç də epidemiya deyil. Burada silahlı münaqişələr, müharibələr, ekstremal hava şəraiti, iqtisadi gerilik daha həlledici rol oynayır. Pandemiya isə, sözsüz ki, mövcud durumu daha da kəskinləşdirir.

Bu baxımdan pandemiyanı da nəzərə almaqla BMT belə proqnozlaşdırır: 2021-ci ildə 142 milyon insanı böhran, ilin ortalarına qədər isə 150 min insanı faciəvi durum gözləyir.

BMT-nin baş katibi Antonio Quterreş acınacaqlı vəziyyətə son qoymaq üçün böyük səy göstərməli olduqlarını vurğulayır. O qeyd edir ki, XXI əsrdə aclığa və aclıqdan ölməyə yer yoxdur.

Mənbə: CBSNews.com

 

Azərbaycan Ordusu təlimə başlayıb

  • 16 May 2021
  • comments

Koronavirusu cilovlayan kəşf

  • 16 May 2021
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda