• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa ziyarəti, festival VİDEO

  • 12 May 2021
0
SHARES
FacebookTwitterPinterest

Prezident İlham Əliyev mayın 12-də Şuşaya səfər edib. O, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışına, “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışına qatılıb, otelin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub, xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binaya, xan qızı Natəvanın sarayına, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binaya, Şuşa Rəsm Qalereyasına baş çəkib, 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı şəhərdə yeni məscidin təməlini qoyaraq deyib: “Şuşada yeni məscid məscidin tikintisi qərarını çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarı dağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhər ağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. Yuxarı Gövhər ağa məscidi təmirdən çıxıb.

Şuşa memarlığının öz xüsusiyyətləri var və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilib. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür.

Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlayıblar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaq, həm də aşağıdan baxanda.

Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.

Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir”.

Prezident “Xan qızı” bulağında da olub. O deyib: “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcək. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib”.

Sonra İlham Əliyev Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılıb. Dövlət başçısı festivalın açılışındakı çıxışında deyib: “Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu qələbəni Azərbaycan xalqı qazandı. Bu bizim hamımızın qələbəsidir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunmuş atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.

Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında Füzuli, Cəbrayıl və Ağdamı, dekabr ayında Zəngilan və Qubadlını, 2021-ci ilin yanvarında Füzuli və Şuşanı, fevralında Füzuli, Zəngilan, Laçın və Cəbrayılı, martında Füzuli, Xocavənd və Şuşanı, aprelində Cəbrayıl və Zəngilanı ziyarət edib.

Dörd ayın bahalaşma statistikası

  • 12 May 2021

Koronavirusun Hindistan variantı haqqında – ...

  • 13 May 2021

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

Rəylər

Do not miss

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Xəbər

Generalın həbsi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda