• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yaxınları Bayram Məmmədovun meyitinə baxış keçirib

  • 07 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərhum ictimai fəal Bayram Məmmədovun atası Fərman Məmmədov Türkiyənin İstanbul şəhərinə səfər edərək mayın 7-də oğlunun meyitinə baxış keçirib. “Turan”ın məlumatına görə, Fərman Məmmədov, Bayram Məmmədovun bir qrup dostu və vəkil əvvəl İstanbulun Kadıköy rayonunda istintaq aparılan polis bölməsinə baş çəkiblər, sonra Bayramın meyitinin saxlandığı ekspertiza mərkəzində olublar.

Mərhumun dostu, ictimai fəal Elgiz Qəhrəmanın sözlərinə görə, polisdə onlara Bayramın hadisə baş verən gün hərəkət etdiyi yollarda müşahidə kameralarının qeydlərinin araşdırıldığı bildirilib.

Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda həbs edilib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir müddət əvvəl Bayram Məmmədov Türkiyənin İstanbul şəhərinə gedib. 2021-ci il mayın 2-də o yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.

Polisin ilkin məlumatına görə, Bayram Məmmədov Kadiköydəki Moda sahilində gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.

Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayılıb

Bayramın ölümündən nə yazırlar?

Musa Yaqub vəfat edib

  • 07 May 2021
  • comments

Prokurorluq qanunlarında yeniliklər

  • 08 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0

Tags

  • Gənclər
  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda