• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vətəndaşsızlıq məsələləri: nə işlər görülüb?

  • 06 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun vətəndaşsızlıq məsələləri ilə əlaqədar müsahibəsini yayıb. Novator.az-ın məlumatına görə, müsahib bildirir ki, konstitusiyaya və vətəndaşlıq qanununa görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır: “Azərbaycan ərazisində və ya Azərbaycan vətəndaşlarından doğulmuş şəxs, valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs də Azərbaycan vətəndaşı sayılır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi 1998-ci il oktyabrın 7-dək Azərbaycan vətəndaşlığında olmuş şəxslər (yaşayış yeri üzrə qeydiyyat şərti ilə); 1992-ci il yanvarın 1-dək Azərbaycanın və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar; vətəndaşlıq qanununa müvafiq surətdə Azərbaycan vətəndaşlığı əldə etmiş şəxslər Azərbaycan vətəndaşı hesab olunur.

1992-ci il yanvarın 1-dək Azərbaycanın və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər və 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan vətəndaşları sayılır.

Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və Azərbaycan ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan vətəndaşı hesab edilir.

Qanunda Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycana gələrək daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktının məhkəmədə müəyyən edilməsi nəzərdə tutulub.

Dövlət Miqrasiya Xidmətinin vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində tədbirləri nəticəsində 2008-2020-ci illər ərzində (1 oktyabr 2020-ci ilədək) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub. Həmin müddət ərzində 162 min 308 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiqləyən sənədlərlə təmin edilib.

2019-cu il oktyabr ayının 7-dən 2020-ci il dekabrın 18-dək Azərbaycanda yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin Azərbaycan vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilib. Həmin müddət ərzində 86 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub”.

Latviya parlamentində erməni havası

  • 06 May 2021
  • comments

Dolların 3 il 2 ayı

  • 07 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda