• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Görüş və işçi nahar

  • 05 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev mayın 5-i Bakıda Azərbaycana səfər edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev iki xalqın münasibətlərinin uzun tarixə, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslandığını vurğulayıb: “Bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahəni əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir. Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı.

Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq.

Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu baş verəcək”.

İrakli Qaribaşvili deyib ki, iki ölkənin mükəmməl münasibətləri var və münasibətlər əsrlər boyu davam edir: “Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik. Birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”.

Görüşdən sonra İlham Əliyev və İrakli Qaribaşvili işçi nahar ediblər.

1982-ci il təvəllüdlü İrakli Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə baş nazir olub, 2019-cu ildən müdafiə naziri postunu tutub. 2021-ci ilin fevralında yenidən baş nazir vəzifəsinə gətirilib.

2139 hadisə, 15 ölüm

  • 05 May 2021
  • comments

Dövlət Dumasında qüvvələr nisbəti

  • 05 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda