Mayın 4-də prezident İlham Əliyev Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılmasına sərəncam verib. Radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadə sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək komissiyaya sədrlik nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə həvalə olunub.
Quruma müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini daxil edilib, onun işinə dövlət orqanlarının (qurumlarının) nümayəndələri də cəlb oluna bilər.
Nazirlər Kabineti Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlamalıdır.