• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dini etiqad qanunu necə yenilənir?

  • 23 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aprelin 23-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Novator.az bildirir ki, yeniliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində dini təbliğat aparması yasağı yumşalır, ölkədə fəaliyyət göstərən dini mərkəzin (idarənin) dəvət etdiyi və ya Azərbaycanda rəsmi səfərdə olan əcnəbinin və ya vətəndaşlığı olmayan din xadiminin dini ibadət, ayin və mərasimlər aparmasına yol verilir.

Başqa bir təklif uşaqların dinə etiqad etməyə məcbur edilməsinə qadağa qoyur.

Dəyişikliyə görə, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılmasını yalnız qanuni əsaslarla təyin olunmuş din xadimləri həyata keçirə bilər, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət yasaqdır.

Başqa bir yeniliyə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır, din xadimlərinə dini titulları (rütbələri) yalnız dini mərkəzlər (idarələr) verir.

Yenilik təşəbbüsünə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda kütləvi dini ibadət, ayin və mərasimlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı gərəkdir.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil ziyarətlərini müvafiq dini mərkəzlər (idarələr) həyata keçirir.

Başqa bir yeniliyə görə, dini icmanı azı 50 nəfər yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşı yarada bilər.

Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.

Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda din xadimlərinin təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə baş tutur.

Dəyişikliyə əsasən, islam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılır.

Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır.

Azərbaycan ərazisində qeyri-islam dini icmalarının dini mərkəzi (idarəsi) dövlət qeydiyyatına alınmış və azı 5 şəhər və rayonda (şəhər rayonu istisna olmaqla) fəaliyyət göstərən eyni dini etiqadlı 5 dini icmanın yığıncağında (qurultay, konfrans və s.) yaradıla bilər.

Ermənistan hökumətində istefa

  • 23 Aprel 2021
  • comments

Azərbaycan ABŞ-ı xəbərdar edir

  • 23 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda