Rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 305933 nəfərə çatıb: onların 4235-i vəfat edib, 31733-ü aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, infeksiyadan ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə koronavirusa yoluxan 2641 nəfər dünyasını dəyişib.
2021-ci ilin yanvarında 491, fevralında 88, martında 347 ölüm olub.
Aprelin 21 günündə 668 ölüm var.