2021-ci ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min nəfər gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsaslanan Dövlət Statistika Komitəsi bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə azdır: “Gələnlərin 33 faizi Rusiya, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1 faizi Belarus, qalanları digər ölkələrin vətəndaşlarıdır”.
Hesabata əsasən, ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olub: “Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19 faizi digər ölkələrə səfər edib”.