Azərbaycanın Əmək Məcəlləsi şənbə-bazarın iş günü olmayan dövlət bayramı ilə üst-üstə düşməsinə görə əlavə istirahət günü nəzərdə tutur. 2021-ci ildə Faşizm Üzərində Qələbə Günü – mayın 9-u bazar gününə təsadüf etdiyi üçün mayın 10-u (bazar ertəsi) əlavə istirahət günüdür.
Ramazan bayramı 13-14 mayda (cümə axşamı, cümə) qeyd olunacaq.
Nazirlər Kabinetinin 19 aprel qərarı ilə 11 may (çərşənbə axşamı) və 12 may (çərşənbə) iş günləri ilə 8 may (şənbə) və 16 may (bazar) istirahət günlərinin yerləri dəyişdirilib, 9-15 may bayram tətili elan edilib (həmin günlər ölkədə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək).
Bayram tətilindən sonrakı ilk iş günü mayın 16-dır.