• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pulsuz maska təklifi

  • 16 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Report.az-ın təqdim etdiyi statistikaya əsaslanan iqtisadçı Natiq Cəfərli yazır ki, koronavirus pandemiya elan olunandan – 2020-ci ilin martından bu ilin eyni ayına qədər Azərbaycanda 77,6 milyon ədəd tibbi maska satılıb: “10 yaşa qədər şəxslərin çox vaxt maska taxmadığını nəzərə alsaq, deməli, il ərzində təqribən 8,5 milyon nəfər maskadan istifadə etməli idi. Tibbi maskaların iki-üç saatdan bir dəyişmək lazım olduğu deyilir. Bu hesabla hər vətəndaş gün ərzində azı üç maska dəyişməli, günə 25,5 milyon ədəd, aya 765 milyon ədəd, ilə 9 milyard 180 milyon ədəd maskadan istifadə olunmalı idi.

Bizdə bir ilə 77,6 milyon maska satılıb. Hər adama 9 maska düşür. Deməli, vətəndaş bir maskanı 40 gün taxıb. Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır!

Əhaliyə pulsuz maska paylanmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxılsın. Hər vətəndaşa heç olmasa aya 10 maska pulsuz verilməlidir, camaat pulsuzdur, həm virus, həm cərimə qorxusundan bir maskanı 40 gün taxır, bu zülmdür, sağlamlıq problemlərinin təməlidir. Açıq havada maska taxmaq tələbi isə ləğv edilməlidir!”

Azərbaycanda koronavirus pandemiyası üzündən xüsusi karantin rejimi hökm sürür. Bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə həmin tələblərin pozulmasının qarşısını almamağa görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 300 manat məbləğində, hüquqi şəxslərə 600 manat məbləğində cərimə tətbiq edilir.

Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.

Tibbi maskanın qiyməti 20-30 qəpik arasında dəyişir.

Manatdan baha valyutalar

  • 16 Aprel 2021
  • comments

Yeni cərimələr, gözlənən qərarlar

  • 16 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda