• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kasıblığa işarə

  • 15 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsullarının, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik mallarının və mebellərin, 2,2 faizi əczaçılıq məhsullarının və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi digər qeyri-ərzaq mallarının payına düşüb.

Novator.az-ın məlumatına görə, iqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli rəsmi statistikanı şərh edərək yazır: “Bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 milyard 525 milyon manat pul xərcləyib. Vəsaitin 4 milyard 429 milyon manatı sırf ərzağa, 549 milyon manatı spirtli içki və tütün məmulatlarına, 514 milyon manatı yanacağa, 216 milyon 100 min manatı əczaçılıq məhsulları və tibbi ləvazimatlara gedib.

Dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir. Əhali qazancının 20-25 faizindən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır.

Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50 faizini yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu göstərici 10,5 faiz olub, yəni ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldıb.

Avropa İttifaqı ölkələri arasında ən yaxşı göstərici Lüksemburqdadır – əhali qazancının cəmi 8,4 faizini ərzağa xərcləyir. İrlandiyada bu göstərici 11,5 faiz, Almaniyada 11,7 faiz, Türkiyədə 25 faizə, Rusiyada 35 faizə yaxındır.

Azərbaycan əhalisi kasıbdır. Qazancın 70-75 faizi ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə az pul xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir”.

“Ölüm statistikası həyəcan təbili çalır”

  • 15 Aprel 2021
  • comments

Ödənişli ziyarətə etiraz, təklif

  • 15 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda