Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
2020-ci ildə ölkədə 218700 nəfər koronavirus infeksiyasına yoluxub, onların 2641-i vəfat edib. Aylar üzrə göstəricilər belə olub: fevral – 3 yoluxma; mart – 295 yoluxma, 5 ölüm; aprel – 1506 yoluxma, 19 ölüm; may – 3690 yoluxma, 39 ölüm; iyun – 12030 yoluxma, 150 ölüm; iyul – 14354 yoluxma, 235 ölüm; avqust – 4557 yoluxma, 86 ölüm; sentyabr – 3794 yoluxma, 57 ölüm; oktyabr – 15040 yoluxma, 139 ölüm; noyabr – 65907 yoluxma, 662 ölüm; dekabr – 97524 yoluxma, 1249 ölüm.
2021-ci ilin yanvarında 11519 yoluxma, 491 ölüm; fevralında 4318 yoluxma, 88 ölüm; martında 27176 yoluxma, 347 ölüm olub.
Aprelin ilk 15 günündə 32498 yoluxma, 478 ölüm qeydə alınıb.
Son rəsmi hesabatda yoluxanların ümumi sayı 294211 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 4045 nəfər göstərilib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, infeksiyadan ilk ölüm martın 12-də rəsmiləşib.