• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölümün yaşı

  • 14 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Rövşən Ağayev Azərbaycanın demoqrafik durumu ilə statistikaya diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 27 ölkəni birləşdirən Avropa İttifaqı məkanında ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir: “Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ildə ölümlərin 41%-i 65 yaşa qədər rəsmiləşib. 1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşmış, 15 il ərzində 58%-dən 38%-ə düşmüşdü. 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb.

Qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir. 1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni vəfat edən hər iki kişidən biri 65 yaşına çatmamış həyatını itirir.

1990-2005-ci illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir”.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar ayı ərzində ölkədə 7972 ölüm halı qeydə alınıb. 2020-ci ilin ilk ayı ilə müqayisədə doğum ölüm halları 54,1 faiz artıb. Əhalinin təbii artımı (doğulanlar və ölənlərin nisbəti) üzrə 54,8 faiz geriləmə var.

Peyvəndin ölümdən qurtardığı adamlar – “Sky ...

  • 14 Aprel 2021
  • comments

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

  • 14 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda