• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirusdan sağalanlar üçün silvoterapiya – “Le Figaro”

  • 13 Aprel 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Fransanın “Le Figaro” qəzetində silvoterapiya adlanan müalicə üsuluna dair məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə koronavirus xəstəliyi keçirmiş insanlarda davam edən tənəffüs çatışmazlığı simptomunun aradan qaldırılması işində silvoterapiyanın, yəni təbiətlə ünsiyyət metodunun faydasından danışılır.

Bildirilir ki, təbiət mənzərləri, meşələr, ormanlar həmişə bizim əhvalımıza müsbət təsir edir, hətta fizioloji göstəricilərimizi yaxşılaşdırır: “20 ildir yaddaşsızlıqdan əziyyət çəkən pasiyentlərin müalicəsi ilə məşğul olan nevroloq Covanna Borriello təbiətlə ünsiyyətin insana çox böyük xeyri olduğunu söyləyir. Nevroloqun əlində təbiətlə ünsiyyətin koronavirus infeksiyasından sağalmış, ancaq tənəffüs çatışmazlığından, habelə yaddaşsızlıqdan şikayətlənən pasiyentlərə faydalı olduğu haqda da tutarlı sübutlar var.

Covanna Borriello təbiətlə ünsiyyət üsulunu silvoterapiya adlandırır. O, bu müalicə metodunun tibb sahəsinə aid olmadığını deyir. Nevroloqun sözlərinə görə, bu bir reabilitasiya mexanizmidir. Bu cür müalicə üsulu Fransaya Yaponiyadan gəlib, son illər Avropanın başqa məkanlarına yayılıb. Yaponiyada “sinrin-yoku” (meşə gəzintisi) adlanan üsulu 18 il qabaq bir immunoloq sistemləşdirərək terapiya, müalicə formasına salıb.

Covanna Borriello vurğulayır ki, bu, meşədə və ya ormanda adi gəzinti deyil, elmi arqumentlərə əsaslanan sistemli metoddur: “Onun faydası tam sübut olunub. Artıq Şotlandiyada bu üsulu depressiv durumda olan insanlara tətbiq edirlər. Belə metodun tətbiqi pasiyentlərin qəbul etdiyi psixotrop dərmanların miqdarını da azaltmış olur”.

Nevroloqun sözlərinə görə, stress vəziyyətinin aradan qaldırılmasında yoqa, tay-çi, meditasiya, yaxud zehni hərəkətlərin mühüm rolu hamıya bəllidir. Belə terapiyalar dərman müalicəsi ilə yanaşı tətbiq olunur. Silvoterapiyada da prinsip eynidir. Müəyyən vaxt ərzində ağacları və çiçəkləri seyr etmək, fikrə dalmaq insanı sakitləşdirə bilir”.

Seyrə dalma prosesi həm sadə, qısamüddətli (2 saata qədər), həm də mürəkkəb, uzunmüddətli ola bilər. Bundan üçün uzağa getmək vacib deyil. Bu üsulu sınaqdan keçirmək istəyən hər kəs yaşadığı şəhərin ətrafındakı təbiət mənzərələrinə üz tuta bilər.

Təbiətlə təmasdan sonra qan təzyiqi, ürəyin fəaliyyəti, orqanizmdə kartizolun, qanda qlükozanın, oksigenin səviyyəsi normallaşır. Elə buradan da tənəffüs funksiyasının bərpası üsulunu koronavirus xəstəliyi keçirmiş, ağ ciyərində problem yaranmış pasiyentlər üzərində sınaqdan keçirmək ideyası ortaya çıxıb. Bu sınaqları həyata keçirmək üçün Covanna Borriello bir neçə həkimlə və “Foro İtaliko” Universiteti ilə əməkdaşlıq edib.

Covanna Borriello bir neçə ay əvvəl özü də COVİD-19 infeksiyasına yoluxub və xəstəliyi ağır formada keçirib. O, 8 gün süni nəfəs aparatı ilə nəfəs alıb.

“Le Figaro”dakı yazıda Covanna Borriello bildirir: “Özümə gələndən sonra tənəffüsümdə ciddi problemlərin qaldığını gördüm. Narahatlıq indiyə qədər də aradan qalxmayıb. Təbiət qoynunda ilk seyrə dalma metodunu tətbiq edəndə bəhrəsini gördüm. Təbiətlə ünsiyyətdə olduğum 4 saat ərzində qanımda oksigenin səviyyəsi 96%-dən 100%-ə yüksəldi. Belə müsbət dəyişikliklər silvoterapiya metodunu tətbiq edən, bizim bununla bağlı keçirdiyimiz sınaqlarda iştirak edən hər kəsdə müşahidə olunur”.

Sınaqlara cəlb edilən keçmiş koronavirus xəstələri həftədə bir dəfə, ümumilikdə altı həftə seans keçirlər. Covanna Borriello deyir ki, hər seansda qrupun xüsusiyyəti nəzərə alınır. Nevroloqun sözlərinə görə, silvoterapiya hər kəs üçün əlçatan bir metoddur, iştirakçının bəzi problemlərinin, məsələn, sərbəst hərəkət edib-etməməsinin buna maneəsi yoxdur.

Mənbə: Lefigaro.fr

Bəs Nobel?

  • 13 Aprel 2021
  • comments

13 aprel qiyməti

  • 13 Aprel 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ekologiya
  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda