• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəs Nobel?

  • 13 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Bakının Nobel prospektinə yeni ad – 8 Noyabr prospekti adı verildiyi xəbəri yayılıb. Paytaxtın mərkəzini Xətai rayonu ilə birləşdirən həmin prospekt sovet dövründə Fəhlə prospekti kimi tanınıb, müstəqillik illərində ona 19-cu əsrin sonunda Azərbaycanın neft sənayesini qurmuş isveçli Nobel qardaşlarının şərəfinə Nobel prospekti adı verilib.

8 Noyabr İkinci Qarabağ müharibəsində Zəfər Günü kimi rəsmiləşib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə edilən razılaşma nəticəsində ərazilərin böyük qismi (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən) azad olunub.

Noyabrın 8-i Şuşa şəhərinin azad edilməsi günüdür.

Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.

Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarından ibarət xətdə yerləşən yeni stansiyası “8 Noyabr” adı daşıyır.

Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, 44 günlük Vətən savaşında qazanılan hərbi qələbə, Azərbaycan torpaqlarının böyük hissəsinin düşmən tapdağından azad edilməsi əbədiləşdirilməlidir: “Amma atılan addımların da məntiqi olmalıdır. Ötən ilin dekabr ayında Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən yeni stansiyasına “8 Noyabr” adı verilib. Doğru qərardır. Məncə, elə həmin metro stansiyası ətrafındakı küçələrdən birinə də 8 Noyabr adı vermək olardı. Nobel prospektinin adını 8 Noyabra dəyişmək məntiqli yanaşma deyil. Nobel qardaşları məmləkətimizin tarixidir, Nobel dünyada ən çox tanınmış soyadlardan biridir, bundan yararlanmaq əvəzinə nədən imtina edirik?!

Dünyada ən populyar mükafatlar Nobel adı daşıyır, günü bu gün də o mükafatların pulu Azərbaycan neftindən, burada qazanılmış pulun faizindən verilir – bunu dünya bilirmi?! Bu barədə normal təbliğat qura bilmişikmi?! Yox! Belə bir cəlbedici hekayə ermənilərdə olsaydı, çoxdan dünyaya səs salardırlar”.

Peyvəndə münasibət daha da siyasiləşir – “Ny...

  • 13 Aprel 2021
  • comments

Koronavirusdan sağalanlar üçün silvoterapiya ̵...

  • 13 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Viran vücuddan qaçış

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda