• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yoluxmalar, itkilər

  • 09 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Son rəsmi hesabatda Azərbaycanda koronavirus infeksiyasına yoluxanlar 279181 nəfər, xəstəlik qurbanları 3811 nəfər göstərilib.

Novator.az bildirir ki, yoluxmaların 17468-i, ölümlərin 244-ü bu ayın payına düşür.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 218700 nəfər yoluxub, 2641 xəstə həyatını itirib.

2021-ci ilin yanvarında 11519 yoluxma, 491 ölüm; fevralında 4318 yoluxma, 88 ölüm; martında 27176 yoluxma, 347 ölüm olub.

2020-ci il martın 31-dən xüsusi karantin rejimi tətbiq edilir. Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkəyə giriş-çıxış; şəhər və rayonlardan sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.

Pandemiya dövründə ən ağır ay 2020-ci ilin dekabrına düşüb. Həmin ay 97524 yoluxma, 1249 ölüm rəsmiləşib.

Avropa Liqasında

  • 09 Aprel 2021
  • comments

Sistem məsələsi

  • 09 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda