• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

COVİD-dən ölən hər kəsin dəfninə görə 9 min dollarlıq yardım proqramı

  • 09 Aprel 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Gələn həftədən ABŞ-da koronavirusdan ölənlərin dəfni ilə bağlı yeni proqram işə düşür.

Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetinə istinadla bildirir ki, proqram virusdan ölənlərin ailələrinə dəfn mərasiminə görə maddi yardım göstərilməsini nəzərdə tutur.

Proqrama əsasən, ABŞ-da COVİD-19 infeksiyasından ölən həm əcnəbilərin, həm də Amerika vətəndaşlarının ailələrinə 9000 dollaradək dəfnpulu veriləcək. Bu, gəlirindən asılı olmayaraq hər ailəyə aiddir. Əsas şərt odur ki, mərhumun ailəsi eyni növ başqa güzəştdən yararlanmadığını təsdiq etməlidir.

ABŞ-da dövlətin koronavirusdan ölənlərin dəfninə yardım göstərməsi təklifi ötən il də olub. Amma o zaman prezident Donald Tramp koronavirusla mübarizəni stimullaşdırmaq üçün irəli sürülən, 1 trilyon dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini imzalamadığına görə virusdan ölənlərin ailələrinə yardım edilməsi də təxirə düşüb.

Trampın imzalamadığı qanun layihəsinin detalları tam bəlli olmasa da, o vaxt virusdan ölən adamın ailəsinə maksimum 7000 dollar məbləğində yardım göstərilməsi müzakirə mövzusu idi. Ümumilikdə dəfnə yardım proqramının 2 milyard dolları aşmaması nəzərdə tutulurdu.

2021-ci il yanvarın 20-dən prezident kimi fəaliyyətə başlayan Cozef Bayden mart ayında COVİD-lə bağlı 1,9 trilyon dollarlıq xilasetmə planını imzalayıb. Virusdan ölənlərin dəfninə yardım göstərilməsi də həmin planın bir hissəsidir.

Dəfnə yardım proqramına əsasən, 9000 dollarlıq birdəfəlik yardım 2020-ci il yanvarın 20-dən bəri ABŞ ərazisində koronavirusdan ölmüş şəxslərin ailələrinə veriləcək.

ABŞ-ın Fövqəladə Hallar üzrə Federal Agentliyi əvvəllər də bəzi dəfn xərclərinə yardım edib. Amma həmin yardımların əhatəsi və məbləği heç vaxt indiki səviyyədə olmayıb. Məsələn, 2017-ci ildə agentlik ölkədə baş vermiş üç fırtınada qurban gedən minə yaxın adamın dəfninə görə hər ailəyə orta hesabla 2670 dollar verib.

COVİD-dən ölənlərin dəfninə yardım proqramının neçə ailəni əhatə edəcəyi və neçə milyard dollara başa gələcəyi bilinmir. İndiyədək ABŞ-da 574 mindək adam koronavirusun qurbanı olub. Pandemiya isə davam edir və dünyanın hər yerində olduğu kimi ABŞ-da da hər gün virusdan neçə-neçə insan dünyasını dəyişir. Digər tərəfdən, pandemiyanın nə zaman bitəcəyi də bəlli deyil.

Mənbə: Washingtonpost.com

Bağlanan banklar: əmanətçilərə nə qədər vəsait ödə...

  • 09 Aprel 2021
  • comments

BMT-də Azərbaycan harayı

  • 09 Aprel 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda