• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus itkiləri

  • 05 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Novator.az koronavirus itkiləri statistikasına nəzər salıb. Worldometers.info-da təqdim olunan hesabata görə, infeksiya 205 ölkə, ərazi və məkanda 2,8 milyondan çox adamın ölümünə səbəb olub. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 100374 nəfər.

İranda koronavirusdan 63160, Ukraynada 34333, Türkiyədə 32263 ölüm rəsmiləşib.

Digər yaxın ölkələr belə sıralanır:

Moldova – 5136 nəfər

Gürcüstan – 3811

Litva – 3610

Ermənistan – 3592

Qazaxıstan – 3092

Belarus – 2285

Latviya – 1931

Qırğızıstan – 1507

Estoniya – 941

Özbəkistan – 631

Tacikistan – 90.

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus infeksiyası qurbanlarının ümumi sayını 3677 nəfər göstərir.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də bəyan olunub. Həmin il ölkədə 2641 koronavirus xəstəsi həyatını itirib.

2021-ci ilin yanvarı 491, fevralı 88, martı 347 ölümlə bitib.

Aprelin ilk dörd günündə 110 ölüm qeydə alınıb.

2020-ci il martın 31-dən xüsusi karantin rejimi tətbiq olunur. Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkəyə giriş-çıxış; şəhər və rayonlardan sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.

Biz niyə içirik? – Sərxoşluq paradoksları

  • 03 Aprel 2021
  • comments

Baş nazirin partiyası önə çıxdı

  • 05 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda