Dövlət Neft Fondunun 1 aprel məlumatına görə, Mərkəzi Bankın 2021-ci ilin mart ayında keçirdiyi valyuta hərraclarında 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Novator.az bildirir ki, üç ayın ümumi göstəricisi 1 milyard 479,9 milyon dollardır.
Yanvarın hərraclarında fonddan 644,9 milyon dollar, fevralın hərraclarında 437,3 milyon dollar alınıb.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.