8216 aktiv xəstə var
Nazirlər Kabineti yanında operativ qərargahın 18 mart 2021-ci il hesabatına görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 243424 nəfərə, xəstəlikdən ölənlərin sayı 3314 nəfərə çatıb, hazırda 8216 nəfər infeksiyadan müalicə alır. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus...
Maska taxmağı xoşlayan adamlar – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Maska taxmaqdan xoşu gələn insanlar. Səbəb təkcə COVİD-19-dan qorunmaq deyil” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Petyula Dvorakdır. Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, koronavirus pandemiyasının başlanmasından bir il ötür və bu mü...
Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artdı
Martın 18-də fərman imzalayan prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə qaydasını yeniləyib. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə bu səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həva...
“Azərxalça”da yeni rəhbər
Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı martın 18-də imzalayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin əvvəlki sədri Vidadi Aydın oğlu Muradov yanvarın 10-da postdan götürülüb. O, 2016-ci il i...
Növbədənkənar seçkinin şərtləri
Ermənistanda növbədənkənar parlament seçkisi keçirilə bilər. Novator.az bildirir ki, bunun üçün ilk şərt baş nazir Nikol Paşinyanın istefa verməsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici...
Neft büdcə qiymətindən nə qədər bahadır?
AZƏRTAC-ın 18 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli 67,59 dollara satılır. Bu, büdcə qiymətindən 27,59 dollar yuxarı qiymətdir. Novator.az bildirir ki, Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, ...
Nimdaş park
İqtisadçı Samir Əliyev Azərbaycanın avtomobil parkında durumu şərh edib. Novator.az-a danışan ekspert rəsmi statistikaya əsaslanaraq deyib ki, 2014-cü ildə ölkədə yeni, yəni yaşı 5 ilə qədər 186 min 652 minik avtomobili olub, 2019-cu ildə onların sayı 51 min 170-ə düşüb: “2014-cü ildə Azərbaycandakı...
Koronavirusla kişi hormonu arasında asılılıq
Kişilərdə koronavirus infeksiyasının şiddəti ilə onların orqanizmindəki testosteronun səviyyəsi arasında asılılıq var. Novator.az-ın məlumatına görə, bunu Milan Elmi-Tədqiqat Urologiya İnstitutunun həkimi Andrea Soloniyanın apardığı tədqiqat üzə çıxarıb. Testosteron – androgen qrupundan olan c...
Məhbus general Rövşən Əkbərovun təltifləri
Novator.az məhbus general-leytenant Rövşən Əkbərovun dövlət təltiflərinin siyahısına nəzər salıb. 14 dekabr 1993-cü il. Polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni alır. Təltif Beyləqan istiqamətində erməni işğalçılara qarşı döyüşlərdə şəxsi i...
Körpələr və uşaqlar üzərində peyvənd sınağı – “Nyu-York Tayms”
Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunan, koronavirus infeksiyası əleyhinə peyvəndin 12 yaşdan aşağı uşaqlarda, eləcə də altı aylıq körpələrdə sınaqdan keçirilməsi məsələsindən bəhs edən yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazının müəllifi Denis Qreydid...
Azərbaycanın əsas ticarət tərəfdaşları
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi bu ölkə ilə ticarət dövriyyəsini 1 milyard 97,4 milyon dollar göstərir. Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır: Türkiyə – 541,1 milyon dollar ...
Böyük səkkizlik
Novator.az UEFA Çempionlar Liqasının 2020-2021 mövsümündə 1/4 finala vəsiqə almış komandaların siyahısını təqdim edir: “Portu” (Portuqaliya) “Borussiya” (Dortmund, Almaniya) PSJ (Fransa) “Liverpul” (İngiltərə) “Mançester Siti” (İngiltərə) “Real” (İspaniya) “Bavariya” (Almaniya) “Çelsi” (İngiltərə). ...
Yoxlamalar qanunu rəsmən yeniləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişiklikləri imzalayıb. 2015-ci il noyabrın 1-dən tətbiq olunan qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) iki il müddətinə dayandırıb. 2017-ci ild...
İctimai iaşə və ödənişli xidmətlərdə eniş
Koronavirus pandemiyasının ictimai iaşə və ödənişli xidmətlər sahəsinə təsiri açıqlanıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub. Əhaliyə göstərilmiş ödəni...
Zərərli maddələr: həcmi, mənbəyi
2020-ci ildə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına buraxılan çirkli maddələrin həcmi 2019-cu illə müqayisədə 312,6 min ton azalaraq 809,5 min ton olub, bunun 81,7 faizi avtomobillərdən buraxılan tullantıların payına düşüb. Dövlət Statistika Komitəsi bildirir ki, stasionar mənbəl...
Gediş-gəlişdə nə qədər azalma var?
Dövlət Sərhəd Xidmətinin hesabatına görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 123 ölkədən 72,1 min nəfər (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə az şəxs) səfər edib. Hesabata əsaslanan Dövlət Statistika Komitəsi bildirir ki, iki ayda ölkəyə gələnlərin 33,3 faizi Rusiya, 28,8 fa...
Generalın nəyə görə tutulduğu açıqlandı
General-leytenant Rövşən Əkbərovun nəyə görə tutulduğu açıqlanıb. Baş Prokurorluğun 17 mart məlumatında bildirilir ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb...
Malayziya: xristian nəşrlərində “Allah” sözünü yazmağa icazə verilib
Malayziyanın Ali Məhkəməsi 35 ildir ölkədə “Allah” sözünün və daha üç ərəb sözünün xristian nəşrlərində istifadəsinə qoyulmuş qadağanı konstitusiyaya zidd sayıb. Söhbət 1986-cı ildən tətbiq edilən qadağadan gedir. Həmin qadağaya görə, xrisitan nəşrlərində “Allah”, “Kəbə”, “Beytullah” və “namaz” sözl...
Rus kəşfiyyatı Qərb peyvəndlərinə qarşı – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzetində Rusiyanın xaricdə istehsal olunan vaksinlərə qarşı “qara piar” kampaniyası apardığına dair məqalə dərc olunub. Məqalənin müəllifləri Maykl Qordon və Dastin Voltsdur. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanları ABŞ-ın “P...
Mühit olsun
Rövşən Ağayev Ölkədə yaradıcı adam üçün yaşam mühiti olmayanda beyin köçü, işgüzar enerji köçü başlayır. Bir də baxıb görürsən ictimai rəyi cəhalət işğal edib, heç bir sahədə peşəkar kadr tapa bilmirsən. Yaşam mühiti təkcə yüksək maddi təminat deyil. İnsanın özünün və övladlarının mənəvi-mədəni inki...