• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Reaksiya

  • 29 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatı ilə bağlı video yayılıb.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.

1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.

Novator.az-ın məlumatına görə, Cəmil Həsənli yazır ki, şəxsi həyata müdaxilə, insanların güdülməsi Azərbaycan hakimiyyətinin köhnə peşəsidir: “Mənim qızım Günel Həsənlinin 38 yaşı var. 10 ildən çoxdur həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola, o, yenidən ailə qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli olayı Cəmil Həsənliyə qarşı mənəvi terror saydığını bəyan edib: “Cəmil Həsənli kimi dünyaca məşhur ziyalının, qətiyyətli, prinsipial siyasətçinin mübarizə meydanında olması xalqımız üçün bir şansdır. Cəmil müəllim adını Azərbaycanın elm və siyasət tarixinə qızıl hərflərlə yazdırıb. Dünyanın ən nüfuzlu universitetləri böyük məmnuniyyətlə onu dərs deməyə, elmi araşdırma aparmağa dəvət edirlər. Onun kitablarından dərslik kimi istifadə olunur.

Ancaq Cəmil müəllim zülm edilən xalqını bu çətin zamanlarda amansız, qəddar rejimin qarşısında tək qoya bilmir. Özünü, ailəsini riskə ataraq xalqımızın sözünü deyir, haqqını tələb edir.

Xalqımız da qədirbiləndir. Bilir ki, Cəmil Həsənli ona xidmət etdiyi, onun haqqını qoruduğu, sözünü dediyi üçün mənəvi terrora məruz qalır. Hamı bilsin ki, belə namərd hücumlar bumeranq effekti ilə yalnız və yalnız rejimin özünü daha da nüfuzdan salıb, rüsvay edir”.

Filologiya elmləri doktoru Qulu Məhərrəmlinin reaksiyası belə olub: “Ötən illərin iyrənc metodlarını yenidən dövriyyəyə gətirmək, siyasi opponentlərə qarşı ailə-uşaq və şəxsi həyat məsələlərindən istifadə etmək ləyaqətsizlik, ictimai əxlaqsızlıq və cinayətdir!”

Hüquqşünas Ələsgər Məmmədli yazır ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi həyatın və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır: “Eyni əməllərin vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə; məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsinə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə düşür”.

Dünyada heç vaxt indiki qədər əkiz olmayıb –...

  • 29 Mart 2021
  • comments

Sabiq başçıya təzyiq var?

  • 29 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda