• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pandemiya sorğusunun üzə çıxardığı problemlər – “The Guardian”

  • 19 Mart 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Pandemiya dövründə insanlar arasında sosial bərabərsizlik artıb. Bunu “YouGov” beynəlxalq təşkilatının Böyük Britaniyanın Sosial Mobillik Komissiyasının sifarişi ilə keçirdiyi sorğunun nəticəsi göstərib.

Bu ilin yanvar-fevral aylarında 5 minə yaxın adam arasında keçirilən sorğu zamanı respondentlərin 56%-i pandemiya dövründə sosial bərabərsizliyin artdığını söyləyib. Respondentlərin 25%-i isə koronavirusun insanlar arasında sosial bərabərliyə təsir etmədiyini bildirib. Sorğuda iştirak edənlərin 16%-i bununla bağlı suala cavab verməkdə çətinlik çəkib.

Sorğu pandemiyadan ən çox sosial durumu aşağı olan insanların əziyyət çəkdiyini üzə çıxarıb.

Novator.az saytının məlumatına görə, Sosial Mobillik Komissiyasının həmsədri Stiven Kuper “The Guardian” qəzetinə deyib ki, bu sorğu ictimaiyyətin sosial bərabərsizlikdən çox narahat olduğuna dəlalət edir: “Hökumət, işəgötürənlər və tədris işçiləri vəziyyəti nəzərə alaraq hərəkətə keçməlidirlər.  Evdə, məktəbdə və işdə ən əlverişsiz şəraitdə olanların problemlərini önə çəkmək və həmin problemləri həll etmək lazımdır”.

Sorğu zamanı respondentlərin çoxu deyib ki, onlar yaşadıqları bölgələrin pandemiyadan Britaniyanın digər regionlarına nisbətən daha çox zərər gördüyünü düşünmürlər. Ancaq yaşadığı yerdən aslı olmayaraq əksəriyyət koronavirusun bütün bölgələrə mənfi təsir etdiyi düşüncəsindədir.

Sorğuda iştirak edənlərin 44%-ə qədəri hazırda maddi durumlarının 10 il əvvəllə müqayisədə daha yaxşı olduğunu deyib. Ancaq bu göstərici əhalinin zəngin təbəqəsi üçün 50%, yoxsul təbəqəsi üçün 26% təşkil edib.

Maddi vəziyyəti çox aşağı olan respondentlərin 37%-i pandemiyanın onlara daha pis təsir etdiyini vurğulayıb. Bu, istənilən digər sosial təbəqənin nümayəndələri ilə müqayisədə xeyli yüksək göstəricidir.

10 ill əvvəl maddi vəziyyətinin daha yaxşı və ya daha pis olduğunu söyləyən insanların durumu son 4 ildə demək olar dəyişməyib. Amma pandemiyadan sonra hər iki sosial təbəqədə kəskin artım qeydə alınıb, yəni 4 il qabaq maddi vəziyyətinin daha yaxşı olduğunu deyənlərin vəziyyəti daha da yaxşılaşıb, daha pis olduğunu deyənlərin vəziyyəti isə daha da pisləşib.

Sosial Mobillik Komissiyasının məruzəsində qeyd olunur ki, pandemiya dövründə yüksək gəlirli insanlar işlərinə davam edərək pullarına qənaət edə biliblər. İşini itirən yoxsul təbəqənin nümayəndələrinin isə yaşayış xərcləri artıb.

Sorğuya qatılan insanlardan yaşadıqları regionda koronavirusun səbəb olduğu ən mənfi iki halı misal gətirmək xahiş olunub. Respondentlərin 55%-i insanların psixoloji vəziyyətinin gərginləşməsini, 44%-i adamlar arasında təmasın itməsini, 26%-i işsizliyi, 22%-i təhsillə, 18%-i isə fiziki sağlamlqla bağlı problemləri göstərib.

Sosial Mobillik Komissiyası sorğunun  nəticələrini əsas götürərək hökuməti cəmiyyətdə sosial bərabərsizliyin artmasının qarşısını almaq üçün təcilli hərəkətə keçməyə çağırıb.

Britaniya hökumətinin sözçüsü deyib ki, dövlət belə bir situasiyada hər vətəndaşın maddi səviyyəsini yüksəltməyə borcludur: “İnsanlara mənəvi dəstək vermək prioritet hesab olunmalıdır. Ona görə də biz psixoloji sağlamığın müdafiəsinə 500 milyon funt sterlinq, məktəblərdə və universitetlərdə psixoloji yardımın genişləndirilməsinə 79 milyon funt sterlinq əlavə vəsait ayırmışıq.

Bizim milyard funtluq layihəmiz ölkədə yeni iş yerlərinin yaradılmasına və bütün yaş qrupundan olan işsiz insanlara yardım göstərilməsinə imkan verəcək. Layihədə məktəblər bağlandığına görə uşaqlara və yeniyetmələrə onlayn təhsillə bağlı 1,7 milyard funt sterlinq məbləğində yardım göstərilməsi də nəzərdə tutulub”.

Mənbə: Theguardian.com

“Sağlam olun, azad olun!”

  • 19 Mart 2021
  • comments

Baydenin komandası: iki əvəzçi, bir boşluq var

  • 19 Mart 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda