• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Növbədənkənar seçkinin şərtləri

  • 18 Mart 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Ermənistanda növbədənkənar parlament seçkisi keçirilə bilər. Novator.az bildirir ki, bunun üçün ilk şərt baş nazir Nikol Paşinyanın istefa verməsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılmalı, növbədənkənar parlament seçkisi keçirilməlidir.

2018-ci ildə belə bir hal yaşanıb. Həmin il oktyabrın 16-da baş nazir Nikol Paşinyan istefa verib. İki həftə müddətində yeni baş nazir seçilmədiyi üçün parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qalib gəlib və yeni hökumət qurulub.

2020-ci ilin payızından bir qrup müxalif partiya Nikol Paşinyanın istefası tələbi ilə mütəmadi aksiyalar keçirir. Həmin qüvvələr istefa tələbini Qarabağ razılaşmasından narazılıq fonunda gündəmə gətirib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi ermənilərin nəzarətində qalır. Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.

Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun indiki Ermənistan parlamentində 82, müxalif Çiçəklənən Ermənistan Partiyasının 24, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var. 8 deputat fraksiyalardan kənardır.

1975-ci il iyunun 1-də doğulan Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.

1992-ci ildən bir neçə qəzetdə müxbir və redaktor vəzifələri tutub, 1998-ci ildən “Oraqir” qəzetinin, 1999-cu ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.

2009-2011-ci illərdə həbsdə yatıb.

2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2017-ci ilin parlament seçkisində Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir təyin edilib.

Neft büdcə qiymətindən nə qədər bahadır?

  • 18 Mart 2021
  • comments

“Azərxalça”da yeni rəhbər

  • 18 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda