2021-ci ilin yanvarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 122 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə məhsul ixrac olunub, 117 ölkədən məhsul alınıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, ticarət dövriyyəsinin 1 milyard 454,9 milyon dolları ixracın, 787,5 milyon dolları idxalın payına düşüb, 667,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Rəsmi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, idxal 12,3 faiz, ixrac 9,1 faiz azalıb.
Qeyri neft-qaz məhsullarının ixracının əvvəlki ilin ilk ayı ilə müqayisədə faktiki qiymətlərlə 3,8 faiz artdığı, real ifadədə 12,9 faiz azalaraq 146,1 milyon dollar olduğu vurğulanır.