• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orta maaşda 3 faiz azalma var

  • 15 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Rəsmi açıqlamaya görə, 2021-ci il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 684,4 min nəfər olub, onların 915,3 min nəfəri dövlət sektorunda, 769,1 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2021-ci ilin yanvarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilin eyni dövrünə nisbətən 3 faiz azalaraq 690,9 manata düşdüyü vurğulanır.

Novator.az bildirir ki, 2021-ci il yanvarın 1-nə orta maaş 707,3 manat idi.

2020-ci il yanvarın 1-nə 634,8 manatlıq orta maaş qeydə alınmışdı. Fevralın 1-nə orta maaş 712,1 manat, martın 1-nə 712,3 manat, aprelin 1-nə 744,5 manat, mayın 1-nə 736,2 manat, iyunun 1-nə 728,9 manat, iyulun 1-nə 720 manat, avqustun 1-nə 715,4 manat, sentyabrın 1-nə 710,2 manat, oktyabrın 1-nə 706,6 manat, noyabrın 1-nə 704,5 manat, dekabrın 1-nə 703,5 manat göstərilmişdi.

Azərbaycanda əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.

Pensiyanın sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğdir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Qiymətlər nə qədər artıb?

  • 15 Mart 2021
  • comments

Xarici ticarət statistikası

  • 15 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda