Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi əhali hesabatı yayıb. Rəsmi açıqlamaya görə, 1 yanvar 2021-ci ilə əhalinin sayı 461,5 min nəfər olub: “Əhalinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri Sədərək rayonlarında qeydə alınıb.
230,5 min nəfəri kişi, 231 min nəfəri qadın olan əhalinin 35,4 faizi şəhər, 64,6 faizi kənd yerlərində yaşayır.
2020-ci ildə muxtar respublikada 4624 körpə doğulub. Doğulanların 53 faizi oğlandır.
2020-ci ildə muxtar respublikada 1489 nikah bağlanıb. Nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,6, qadınlarda 24,3 yaş olub”.