2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 203 ölkə, ərazi və məkanda 2,5 milyondan çox adamın ölümünə səbəb olub. Novator.az saytı Worldometers.info-ya istinadla bildirir ki, yaxın ölkələr arasında ən çox ölüm Rusiyada qeydə alınıb: 84430 nəfər.
İran 59736, Türkiyə 28285, Ukrayna 25461 itki verib.
Başqa yaxın ölkələr itki sayına görə belə sıralanır:
Moldova – 3846 nəfər
Gürcüstan – 3463
Litva – 3200
Ermənistan – 3175
Qazaxıstan – 2540
Belarus – 1939
Latviya – 1587
Qırğızıstan – 1460
Özbəkistan – 622
Estoniya – 557
Tacikistan – 90.
İnfeksiya Azərbaycanda 3206 nəfərin ölümünə gətirib. Ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 2641 xəstə həyatını itirib. 2021-ci ilin yanvarında 491, fevralında 74 ölüm var.