• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Almaniyada əhaliyə pulsuz ekspress testlər veriləcək

  • 25 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Martın 1-dən Almaniyanın test mərkəzlərində və apteklərində əhaliyə pulsuz ekspress testlər veriləcək.

Novator.az bildirir ki, bu testlər hər kəsin koronavirus infeksiyasına yoluxub-yoluxmadığını fərdi qaydada, ev şəraitində yoxlamasına imkan yaradır.

Hələlik əhali ekspress testləri test mərkəzlərindən satın alır. Belə testlərin qiyməti 30-60 avro (36-73 ABŞ dolları) arasındadır.

Martın 1-dən test xərclərini federal hökumət öz üzərinə götürəcək və testlər əhaliyə pulsuz veriləcək.

Almaniyanın səhiyyə naziri Yens Span deyib ki, hökumət koronavirus infeksiyası ilə bağlı test prosesini genişləndirmək niyyətindədir. Çünki hökumət koronavirusla mübarizə məqsədilə tətbiq olunmuş məhdudiyyətlərin ləğvində, habelə müəssisə və məktəblərin fəaliyyətinin bərpasında maraqlıdır, test imkanlarının genişləndirilməsi isə buna şərait yarada bilər.

Nazir indən belə ölkədə hər kəsin pulsuz ekspress testdən keçə biləcəyini vurğulayıb.

O deyib ki, bu üsul xüsusilə təhsil müəssisələrində və uşaq bağçalarında gündəlik təhlükəsiz həyatın bərpasına kömək edəcək.

Ekspress testlərdən artıq qocalar evlərində və xəstəxanalarda müntəzəm istifadə olunur.

Ekspress testlər antigen deyil, onların laboratoriyalara göndərilməsinə ehtiyac yoxdur. Ancaq bu analizin nəticəsi polimeraz zəncirvari reaksiya, yəni yaxma üsulu ilə aparılan testin nəticəsi qədər dəqiq deyil.

Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Kox İnstitutu COVİD-19 ekspress testin nəticəsi müsbət çıxarsa yaxma üsulu ilə test verməyi də təklif edir.

Mənbə: Dw.com

“AzəriLayt” 66,77 dollara satılır

  • 25 Fevral 2021
  • comments

İşsiz sayını gizlədəndə…

  • 25 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda