• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təbrik və inam

  • 24 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fevralın 24-ü Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin doğum günüdür. Özünün “Facebook” səhifəsində təbrik yayan Müsavat başqanı Arif Hacılı qeyd edir ki, İsa Qəmbər Azərbaycan xalqı qarşısında mühüm xidmətləri, ölkənin müasir tarixində xüsusi yeri olan siyasətçi və dövlət xadimidir: “Əgər layiq olduğu, haqq etdiyi siyasi uğurları saxtakarlıqla, zorakılıqla əlindən alınmasa, yalnız onun deyil, həm də Azərbaycanımızın taleyi fərqli, parlaq olardı.

Xalqa böyük fayda verəcək əsas uğurlarının hələ irəlidə olduğuna inandığım dostum, silahdaşım İsa Qəmbəri doğum günü münasibəti ilə təbrik edirəm!”

Novator.az bildirir ki, İsa Qəmbər 1957-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.

Arif Hacılıdan uyğur çağırışı

  • 24 Fevral 2021
  • comments

Gənc fəal niyə tutulub?

  • 24 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda